Katarakt, gözümüzün içərisindəki lensin, yəni öz merceyimizin şəffaflığını itirərək bulanıqlaşmasıdır. Böyüklərdəki kataraktlar adətən yaşlılıq dövründə ortaya çıxır. Yaş artdıqca bədənin hər orqanında olduğu kimi gözdə və xüsusilə də göz lensində dəyişikliklər baş verir və lens bulanıqlaşır, puslanır. 

 

Anadangəlmə (Konjenital) Katarakt Nədir? 

Katarakt yaşlı insanlarda görülən bir xəstəlik kimi bilinsə də bəzən körpəlik dövründə hətta doğulandan etibarən də görülə bilər. Lensin şəffaflığını itirməsi və opaklaşması kimi bilinən kataraktın doğulandan etibarən görülmə səbəbləri arasında; yaxın qohum evlilikləri, ananın hamiləlik dövründə istifadə etdiyi dərmanlar, infeksiyalar, körpənin hələ ana bətnində embrion halında ikən radiasiyaya məruz qalması və siqaret istifadəsi kimi xarici faktorlar da yer alır. Körpələrdəki kataraktın erkən dövrdə (ilk 12 həftədə) diaqnoz qoyularaq əməliyyat edilməsi olduqca vacibdir. Böyüklərdə 3 ayadək müdaxilə edilmədikdə çox böyük problem yaratmasa da, körpələrdə erkən müdaxilə olduqca vacibdir. 
 

Körpələrdə Katarakt Necə Tanınır? 

Körpənin gözlərində ağlıq varsa və işığa reaksiya vermirsə dərhal mütəxəssis bir həkimə müraciət edilməli və nəzarət təmin edilməlidir. Anadangəlmə katarakt tək gözündə olabiləcəyi kimi hər iki gözündə də varlıq göstərə bilər. Katarakt aşkar edildikdə dərhal müdaxilə edilməzsə daimi görmə pozuntularına səbəb ola bilər. Doğumda başlanğıc səviyyəsində müşahidə edilən katarakt, uşaqlıq yaşlarına çatıldığında irəliləyərək göz meyilliği və şaşılığa səbəb ola bilər. Gözlə görünən bir əlamət olmasa belə, körpəyə doğulandan etibarən həkimin tövsiyə etdiyi tezlikdə göz nəzarəti etdirilməsi ehtimal olunan xəstəliklərin müalicə və diaqnoz baxımından böyük əhəmiyyət kəsb edir. 
 

Anadangəlmə Katarakt Necə Müalicə Edilir? 

Anadangəlmə kataraktın da tək müalicə üsulu cərrahidir. İnkşaf etmiş lazer texnologiyaları ilə aparılan əməliyyatlarda körpəlikdən etibarən sağlam bir görmə təmin edilə bilər. 2 yaşından sonra isə göz içi lens yerləşdirmə üsulu da tətbiq oluna bilər. Ən uyğun müalicə üsulunu həkiminiz tövsiyə edəcəkdir. Anadangəlmə kataraktda ən çox qarşılaşılan problem göz təmbəlliyi olaraq qarşımıza çıxır. Bunun qarşısını almaq üçün əməliyyatdan sonra eynək və ya kontakt lens istifadə edilə bilər və ya kapama üsulu tətbiq edilə bilər.  
 

Körpələrdə Müalicə Edilən Katarakt İrəliki Yaşlarda Təkrarlanırmı? 

Katarakt inkişaf edən toxuma, yəni lens çıxarılıb yerinə yeni bir lens qoyulur. Yeni qoyulan mercekdə də katarakt inkişaf etməyəcəyi üçün xəstəlik təkrar etmir. 

Tez-tez Verilən Suallar 

Anadangəlmə katarakt körpələrdə daimi korluğa səbəb olurmu?

Bəli, anadangəlmə katarakt vaxtında aşkarlanıb müalicə edilməzsə daimi görmə itkisinə, hətta korluğa yol aça bilər. İlk 12 həftə içində diaqnoz qoyulması və cərrahi müdaxilənin edilməsi lazımdır. Çünki bu dövr görmə inkişafı baxımından kritik bir müddətdir. Kataraktlı lens, gözün vizual siqnalları düzgün bir şəkildə qəbul etməsinə mane olduğu üçün beyinlə göz arasındakı bağlantılar zəif inkişaf edə bilər və bu da göz təmbəlliyinə və ya daimi görmə itkisinin səbəbi ola bilər. 

Anadangəlmə katarakt əməliyyatı nə zaman edilməlidir?

Anadangəlmə katarakt diaqnozu qoyulduqdan dərhal sonra, ilk 6-8 həftə içində cərrahi müdaxilə edilməlidir. Körpənin göz inkişafı və beyinlə göz arasındakı sinir əlaqələrinin sağlam qurula bilməsi baxımından son dərəcə kritikdir. Əməliyyat gecikdirilədikdə, göz təmbəlliyi (ambliopiya), şaşılıq və dərinlik algısında daimi pozulmalar kimi komplikasiyalar inkişaf edə bilər. 

 

Anadangəlmə kataraktın genetik keçiş riski var mı?

Bəli, anadangəlmə kataraktın bəzi növləri genetik kökəlidir və ailə üzvləri arasında keçiş göstərə bilər. Yaxın qohum evlilikləri olan ailələrdə anadangəlmə katarakt görülmə tezliyi artmaqdadır. Genetik keçişdən başqa ananın hamiləlik dövründə keçirdiyi infeksiyalar, radiasiyaya məruz qalma, bəzi dərmanların istifadəsi və siqaret kimi ətrafsəl faktorlar da anadangəlmə katarakta yol aça bilər.

Anadangəlmə katarakt əməliyyatı sonrası uşaqlar normal şəkildə görə bilərmi?

Uğurlu bir cərrahi sonrası uşaqlarda katarakt düzəldə bilinir. Göz təmbəlliyini qarşısını almaq üçün uzunmüddətli izləmə və dəstəkleyici müalicə lazım ola bilər. Eynək, kontakt lens, kapama müalicəsi və reabilitasiya ilə uşaqların görmə qabiliyyəti artırıla bilər.
Yaradılma Tarixi : 29.04.2025
Yeniləmə Tarixi : 30.06.2025
Ünsiyyət : 444 23 23
Əlaqə Forması Covid-19 Məlumatlandırma