Qaşınma dərinin birçox fərqli səbəblərə görə göstərə bildiyi bir reaksiyadır və yalnız dermatoloji problemlərə işarə etməyə bilər. Qaşınma qaraciyər pozğunluqlarından, böyrək çatışmazlığına qədər birçox xəstəliyin əlaməti kimi meydana gələ bilər. Bu səbəbdən, xüsusilə bir neç gündən uzun sürən qaşınmanı laqeyd yanaşmamaq və mütləq mütəxəssis dermatoloqa müraciət etmək vacibdir.

Qaşınmaya Səbəb Olan Amillər

Tez rast gəlinən qaşınma səbəbləri:

• Dəri quruluğu,

• Qida allergiyaları,

• Istiyə məruz qalma,

• Böyrək xəstəlikləri,

• Qaraciyər xəstəlikləri,

• Həşərat və ağcaqanad sancmaları,

• Psixiatrik xəstəliklər,

• Egzema,

• Diabet,

• Qalxanvari vəzi (tiroid) xəstəlikləri,

• Xərçəng,

• AIDS,

• Bəzi dərman yan təsirləri,

• Bəzi infeksiyalar kimi qeyd olunur.

Qaşınma Necə Müalicə Olunur?

Ən çox rast gəlinən qaşınma səbəbi dəri quruluğudur. Dəri quruluğunun qarşısını almaq üçün dərinizi müntəzəm şəkildə nəmli saxlamaq olduqca vacibdir. Bəzi dermatoloji xəstəliklər də qaşınmaya səbəb ola bilər.

Göbələk

Tez-tez rast gəlinən dermatoloji pozğunluq olan göbələk, yoluxucu bir infeksiya xəstəliyidir. Dəridə infeksiya, qızartı, şişlik və qaşınmaya səbəb olur. Müalicəsində göbələyin çoxalmasını yavaşıdan müalicə yolu izlənir. Müalicənin müddəti göbələyin yerləşdiyi nahiyəyə və növünə görə dəyişə bilər.    

Mənənə (Uyuz)

Yoluxucu xəstəlik olan mənənə (uyuz), erkən dövrdə yaratdığı qaşınma və dərdə səpgilər səbəbindən allergiya və ya həşərat sancmaları ilə qarışdırıla bilən bir xəstəlikdir; lakin həkiminiz tərəfindən uyuz gənələrinin yaratdığı əlamətlər ayırd edilərək qısa zamanda düzgün diaqnoz qoyula bilər.

Uyuz qaşınması adətən gün ərzində davam edir, lakin xüsusilə geca saatlarında daha da şiddətlənməsi ilə xarakterizə olunur. Ən çox istifadə edilən uyuz müalicəsi, həm uyuz gənələrini məhv etməyə, həm də uyuzun simptomlarını aradan qaldırmağa istiqamətlənmiş losyon və həb formasındakı dərmanlarla aparılır. Müalicə qısa müddət ərzində gənələrdən qurtulmanı təmin edir, lakin gənələrin yaratdığı allergik simptomlar bir müddət daha davam edə bilər. 

Sedef

Sedef xəstəliyi ömür boyu davam edən bir xəstəlikdir və müalicəsində simptomları yüngülləşdirən və aradan qaldıran müalicə yolu izlənir. Bədənin birçox nahiyəsində qaşınan ləkəli (plak) səpgilər, dırnaqlarda xırda çuxurlar və dırnaq qalınlaşması ilə xarakterizə olunur. 

Egzema

Egzema dəridə əmələ gələn qabarcıqlar və dəri quruluğu əlamətləri ilə təzahür edən bir dəri xəstəliyidir. Xroniki xəstəlik olan egzemanın müalicəsi simptomları yüngülləşdirici və aradan qaldırıcı şəkildə aparılır. 

Urtikariya

Xalq arasında “körtəpə” kimi tanınan urtikariya, qabarıq, qırmızı və qaşınan ləkələrlə meydana çıxır. Tez-tez təkrarladığı halda xroniki urtikariyadan şübhələnilə bilər. Urtikariyanın müalicəsində simptomları azaldan dərmanlarla yanaşı, bəzi hallarda antidepressant qrup dərmanlardan da istifadə oluna bilər. 

Su çiçəyi

İçi su ilə dolu və qaşınan səpgilərlə xarakterizə olunan su çiçəyi, daha çox yeniyetməlik dövründən əvvəl olan uşaqlarda rast gəlinir. Səpgilərin qaşınması bakterial infeksiyalar üçün zəmin yarada bilər. Müalicəsində adətən qaşınmanı azaldan və hərarət salan dərmanlar təyin olunur. 

İltihablı Dəri Xəstəlikləri

Dəri iltihabı zona, follikulit, impetigo kimi birçox dermatoloji xəstəlik səbəbindən yarana bilər. Əvvəlcə infeksiyanın səbəbi müəyyən edilir, daha sonra müalicə planı hazırlanır.

Bədəndə Qaşınma Hissi Nədən Yaranır?

Bədəndə qaşınma hissi, çox zaman gündəlik həyatı mənfi təsirləyən bir vəziyyətdir. Qaşınma yalnız dəri səthinə aid bir problem kimi qəbul edilməməlidir; çünki bəzi sistem xəstəlikləri də qaşınmaya səbəb ola bilər. Xüsusilə uzun sürən və təkrarlayan qaşınmalarda, altında yatan səbəbin araşdırılması olduqca vacibdir. Qaşınma, egzema, sedef xəstəliyi, göbələk kimi dermatoloji xəstəliklərlə yanaşı, qaraciyər, böyrək, qalxanvari vəzi (tiroid) xəstəlikləri kimi daxili xəstəliklərin də əlaməti ola bilər.

Dəridə quruluq, qaşınmanın ən geniş yayılmış səbəblərindən biridir. Fəsil dəyişikliyi zamanı və ya quru hava şəraitində dərinin nəm itirməsi, xüsusilə ayaqlarda qaşınmaya səbəb ola bilər. Dərinin təbii qoruyucu baryerinin zəifləməsi ilə ortaya çıxan qaşınma, nəmləndirici qulluq vasitələri ilə azalda bilsə də, altda yatan xəstəlik müalicə olunmazsa xronik hala gələ bilər.

Gecə Qaşınmaları Niyə Artır?

Gecə qaşınmalarının səbəbləri arasında ən çox rast gəlinən amil bədən temperaturunun artmasıdır. Yuxu zamanı dərinin hessaslıq səviyyəsinin artması, qaşınma hissini daha şiddətli edir. Uyuz kimi parazitar mənşəli xəstəliklər xüsusilə gecələr artan qaşınma ilə özünü göstərir. Bundan əlavə, egzema və ya sedef xəstəliyi olan şəxslərdə gecə yuxu zamanı tərləmə və dərinin sürtünməyə məruz qalması da qaşınmanın daha intensiv hiss olunmasına sübəb ola bilər. Yuxu keyfiyyətini pozan bu hal, həyat komfortunu da mənfi təsirləyə bilər.

Ayaqlarda Qaşınma: Sadəcə Dəri Quruluğudurmu?

Ayaqlarda qaşınma gündəlik həyatda tez-tez rast gəlinən, lakin çox zaman səbəbləri nəzərdən qaçırılan bir şikayətdir. Bir çox insan bu vəziyyəti yalnız dəri quruluğu ilə əlaqələndirsə də, altda yatan səbəblər daha mürəkkəb ola bilər. Xüsusilə uzun müddət davam edən, gecələr artan və ya dəridə görünən dəyişiklərlə müşayiət olunan qaşınmalar bəzi sağlamlıq problemlərinin xəbərçisi ola bilər.

Dəri quruluğu ayaqlardakı qaşınmanın ən geniş yayılmış səbəblərindən biridir. Xüsusilə soyuq hava, rütubətin aşağı olduğu iqlim şəraiti, sərt sabunlar, tez-tez isti su ilə duş almaq və kifayət qədər su qəbul etməmək dərinin qoruyucu baryerini zəiflədərək nəm itkisinə səbəb olur. Bu vəziyyət ayaqlarda dartılma, qabıqlanma və qaşınma hissinə gətirib çıxara bilər. Xüsusilə yaş artdıqca dəri daha quru olur və bu da qaşınma şikayətlərinin artmasına səbəb olur.

Egzema (atopik dermatit), sedef xəstəliyi (psoriaz) və kontakt dermatit kimi dəri xəstəlikləri də ayaqlarda qaşınmanın əsas səbəbləri arasında yer alır. Bu xəstəliklər adətən yalnız qaşınma ilə məhdud qalmır; eyni zamanda qızartı, qabıqlanma, səpgilər və ya sızanağa bənzər dökmələrlə də özünü göstərə bilər. Egzema kimi durumlar, stress, sabunlar, yuyucu vasitələr və ya bəzi parça türləri ilə təmasdan sonra daha da şiddətlənə bilər.

Ayaqlarda qaşınmanın dəri ilə birbaşa əlaqəli olmayan, lakin kifayət qədər tez rast gəlinən səbəblərindən biri də qan-dolaşım pozğunluqlarıdır. Xüsusilə varikoz problemi olan şəxslərdə venoz çatışmazlıq inkişaf edə bilər. Bu halda, qanın ayaqlardan qəlbə kifayət qədər təsirli şəkildə geri dönməməsi dəridə qızartı, göyərmə və qaşınmaya sübəb ola bilər. Zamanla dəridə qəhvəyi ləkələnmələr və qalınlaşma da müşahidə oluna bilər.

Bəzi insanlarda istifadə edilən kosmetik məmulatlar, qırxımdan (tıraşdan) sonrakı losyonlar, paltar yuma tozları və ya geyimlərdəki kimyəvi maddələr allergik reaksiya yarada bilər. Bu da dəridə qıcıqlanma və qaşınmaya gətirib çıxara bilər. Allergiyaya bağlı qaşınma adətən qəfil başlayır və sürətlə yayıla bilər. Bu halda allergen maddənin müəyyən edilməsi və ondan uzaq durulması çox vacibdir.

Nadir də olsa ayaqlarda yaranan qaşınmalar bəzi sistem xəstəliklərinin əlaməti ola bilər. Qaraciyər, böyrək və qalxanvari vəzi (tiroid) xəstəlikləri və ya dəmir çatışmazlığı kimi vəziyyətlər bədəndə yayğın və ya lokal qaşınma yarada bilər. Diabet xəstələrində də dəri quruluğuna və sinir uclarının zədələnməsinə bağlı olaraq ayaqlarda qaşınma müşahidə oluna bilər.

Stress, narahatlıq pozğunluqları və depressiya kimi psixoloji vəziyyətlər də dəridə qaşınma hissini artıra bilər. Hər hansı fiziki səbəb olmadan da qaşınma hissi yarana bilər və insan qaşıdıqca vəziyyət daha da pisləşə bilər. Psixoloji mənşəli qaşınmalar adətən müəyyən bir nahiyə ilə məhdudlaşmır, daha geniş sahələrdə hiss olunur.

Hansı Hallarda Həkimə Müraciət Etmək Lazımdır?

Əgər ayaqlarda qaşınma uzun müddətdir davam edirsə, dəridə yaralar, rəng dəyişikliyi, qabıqlanma və ya səpgilər müşayiət olunursa, mütləq dermatologiya mütəxəssisinə müraciət edilməlidir. Qaşınma bədənin digər nahiyələrinə yayılırsa və ya gündəlik həyatı ciddi şəkildə təsirləyirsə, altda yatan hər hansı sistem xəstəliyinin araşdırılması lazım gələ bilər.

Ayaqlardakı qaşınma sadə dəri quruluğu problemi ola biləcəyi kimi, daha ciddi sağlamlıq problemlərinin də əlaməti ola bilər. Buna görə də problemin müddəti, şiddəti və ona yoldaşlıq edən digər əlamətlər diqqətlə izlənməli, lazım gələrsə tibbi yardım alınmalıdır. Erkən diaqnoz və uyğun müalicə həm həyat keyfiyyətini artırır, həm də ola biləcək ağırlaşmaların qarşısını almağa kömək edir.

Ayaqlarda qaşınma çox zaman dəri quruluğu ilə əlaqələndirilir. Bu hal bəzən daha ciddi bir sağlamlıq probleminin xəbərçisi ola bilər. Qan dolaşım pozğunluqları, venoz çatışmazlıq, egzema və ya sedef kimi xroniki dəri xəstəlikləri ayaqlarda qaşınmaya səbəb ola bilər. Xüsusilə isti su ilə duş alma vərdişi dərinin nəm balansını pozaraq bu vəziyyəti daha da gücləndirə bilər.

Qaşınmaya Qarşı Nə Etmək Olar?

“Bədəndəki qaşınmaya nə yaxşı gəlir?” sualının cavabı qaşınmanın səbəbinə görə dəyişir. Ən əsas təklif, dərini nəmli saxlamaq və qıcıqlandırıcı məmulatlardan uzaq durmaqdır. Bunlarla yanaşı:

  • Ilıq su ilə qısa müddətli duş qəbul edilməli,
  • Ətirli sabun və yuyucu vasitələrdən uzaq durulmalı,
  • Pambıq parçadan hazırlanmış, geniş və rahat geyimlərə üstünlük verilməli,
  • Allergen maddələrdən uzaq durulmalı,
  • Lazım gələrsə dermatologiya mütəxəssisi tərəfindən reseptlə verilən tibbi məmulatlardan istifadə olunmalıdır.

Qaşınma şikayəti bir neç gündən çox davam edirsə və həyat keyfiyyətini pozacaq səviyyəyə çatıbsa, mütləq mütəxəssisə müraciət edilməlidir. Dermatoloji xəstəliklərlə yanaşı, sistem xəstəliklərinin də araşdırılması lazım gələ bilər.

Tez-tez Verilən Suallar

Egzema və sedef xəstəliyi arasındakı fərq nədir?

Egzema adətən dəri quruluğu, qızartı və qaşınma ilə özünü göstərən xroniki dəri xəstəliyidir. Çox vaxt allergik reaksiyalar və ya ətraf mühit faktorları ilə tətiklənir. Sedef xəstəliyi isə immun sisteminin həddindən artıq aktiv işləməsi nəticəsində yaranan, dəridə qalın, ağ pullarla örtülü plakların əmələ gəlməsi ilə xarakterizə olunan autoimmun bir xəstəlikdir. Egzemada dəri daha hessas və nəm çatışmazlığı olan haldadır, sedefdə isə daha qalınlaşmış və qabıqlı lezyonlar görülür.

 

Bədəndəki qaşınmaya nə yaxşı gələr?

Bədəndə qaşınma hissini yüngülləşdirmək üçün ilk növbədə qaşınmaya səbəb olan faktor müəyyən edilməlidir. Əgər söhbət dəri quruluğundan gedirsə, nəmləndirici kremlər və losyonlar olduqca təsirli ola bilər. Duşdan sonra nəmləndirici istifadəsi qaşınmanın azalmasına kömək edir. Egzema və ya sedef kimi dəri xəstəliklərində isə həkim müşavirəsi ilə kortizonlu kremlər və ya immun sistemi baskılayan dərmanlar lazım ola bilər. Soyuq kompres tətbiq etmək və qıcıqlandırıcı geyimlərdən uzaq durmaq da simptomları yüngülləşdirir.

 

Bədəndə qaşınma nədən yaranır?

Bədəndə qaşınma birçox fərqli səbəbdən qaynaqlana bilər. Egzema, sedef xəstəliyi, göbələk infeksiyaları kimi dermatoloji xəstəliklərlə yanaşı, qaraciyər və böyrək xəstəlikləri, qalxanvari vəzi (tiroid) pozğunluqları kimi sistem xəstəlikləri də qaşınmaya səbəb ola bilər. Bəzi dərmanların yan təsirləri, qida allergiyaları, psixoloji stress və fəsil dəyişikliyi də qaşınmanın səbəbləri arasında yer alır. Uzun müddət davam edən və keçməyən qaşınmalarda mütləq dermatologiya mütəxəssisinə müraciət edilməlidir.

 

Gecə qaşınmasının səbəbləri nələrdir və ayaqlarda qaşınma nədən yaranır?

Gecə qaşınması adətən dəri temperaturunun artması, tərləmə, hormonal dəyişikliklər və bəzi dermatoloji xəstəliklər səbəbindən şiddətlənə bilər. Xüsusilə uyuz kimi parazitar infeksiyalar gecə qaşınmasını daha da artırır. Ayaqlarda qaşınma isə çox zaman dəri quruluğu, dolaşım problemləri və ya qırxımdan (tıraşdan) sonrakı qıcıqlanma ilə əlaqəlidir. Sedef kimi xroniki dəri xəstəlikləri də ayaq nahiyələrində qaşınma və plak ləkələrə səbəb ola bilər. Bu cür şikayətlərin səbəbi mütəxəssis tərəfindən qiymətləndirilməli və uyğun müalicə planı hazırlanmalıdır.

Veb saytımızdakı məzmunlar yalnız məlumatlandırma məqsədilədir. Diaqnoz və müalicə üçün mütləq həkiminizə müraciət edin.
Yaradılma Tarixi : 09.05.2025
Yeniləmə Tarixi : 30.06.2025
Ünsiyyət : 0123104033
Əlaqə Forması Covid-19 Məlumatlandırma