Cinsiyyət fərqi gözetmədən, hər yaşda rast gəlinə bilən və olduqca geniş yayılmış bir göz xəstəliyidir. Xəstəlik ön blefarit və arxa blefarit olmaq üzrə 2 yerə ayrılır. Ön blefaritdə göz qapağının xarici kənarı və kiprik dibləri zədələnir. Orqanizmdəki bakteriyaların həddindən artıq çoğalması və dərinin yağlı / kəpəkli olması səbəbindən blefarit əmələ gəlir. Arxa blefaritdə isə qapağın gözün daxilinə dəyən hissəsi zədələnir və bu hal göz yaşı yağ vəzilərinin normal işləməməsi ilə əlaqəlidir.
 

Göz Qapağı İltihabı Necə Anlaşılır?

Hər yaşda gözlənə bilən bu xəstəlik qısa müddət ərzində öz əlamətləri ilə özünü göstərir. Bu əlamətlərdən birinci və ən önemlisi göz qapağında yaranan şişlik hissidir. Bu vəziyyət bəzən kənardan baxdıqda aydın görünür, bəzən isə yalnız xəstənin hiss etdiyi narahatlıq şəkilində ola bilər. Digər bir əlamət kiprik dibi nahiyəsindəki qızartıdır. İşığa qarşı hessaslıq da yenə xəstəliyin əlamətləri arasında yer alır. Xəstəlik, həkim müayinəsi ilə qısa zamanda diaqnoz oluna bilər və adətən dərman müalicəsinə başlanır. Müalicə ev şəraitində də davam etdirilə bilər, lakin həkim nəzarətində olması sağalma prosesini süətləndirəcəkdir.
 

Göz Qapağı İltihabında Diaqnoz

Göz qapağı iltihabını, yəni arpacıq xəstəliyini diaqnoz etmək üçün göz müayinəsi ilə yanaşı göz qapağının daxili səthinin müayinəsinə də ehtiyac vardır. Əl və gözlə aparılan müayinə nəticəsində müalicə planlaşdırılır və dərman müalicəsi ilə təxminən 1 həftə kimi qısa bir müddətdə müalicə təsirini göstərir.
 

Göz Qapağı İltihabının Tətiklədiyi Xəstəliklər

Blefarit, göz qapağı vəzilərində təkrarlayan, kəskin iltihablara (arpacıq) və sərt şişkinliklərə (şəlazion) səbəb ola bilər. Xüsusilə yaşlılarda kipriklərin daxilə dönməsi, gözə batması və tökülməsi kimi problemlər meydana gələ bilər. Göz qapağı iltihabı gözün görmə funksiyasını zədələmir. Çox nadir hallarda buynuz qişa qatında (kornedə) iltihaba və görmə problemlərinə səbəb ola bilər.

Göz qapağı iltihabı, göz daxili cərrahi əməliyyat keçirməli olan xəstələrdə əməliyyat sonrası infeksiya riskini artıra bilər.
 

İltihaba Qarşı Alına Biləcək Tədbirlər

Səbəbini bildiyimiz bu narahatlıqla bağlı alına biləcək bir neç əsas tədbir vardır;

Yuyulmamış əllərin gözlə təması blefarit üçün əsas amillərdən biridir. Valideynlərin uşaqlarda bu məsələyə diqqət yetirməsi və əl yuma vərdişi qazandırmaları çox vacibdir.

Yuyulmamış və çirkli əllər çox sayda mikrob daşıdığından gözə və ətrafına toxunduqda mikroblar bu nahiyəyə yerləşir və əgər göz və göz ətrafı uyğun “alıcı” mühitdirsə, başda göz iltihabı olmaqla bir çox xəstəliyə yol aça bilir. Həm uşaqların, həm də böyüklərin bu müddətdə hassa olması və gün ərzində əllərini tez-tez yuması gərəkdir.

Başqa bir amil isə linza istifadə edərkən riayət olunmayan gigiyena qaydalarıdır. İstər refraksiya (qırılma) qüsurlarına görə, istərsə də estetik məqsədlə istifadə olunan linzaların gözə taxılmadan əvvəl linza məhlulu ilə yaxşıca təmizlənməsi, təmiz əllərlə gözə taxılması çox önemlidir. Bu qaydalara əməl olunmayan şəraitlər yenə göz qapağı iltihabına zəmin yaradır.

Bundan əlavə, gün ərzində edilən makiyajın təmizlənməməsi və dəridə uzun müddət qalması da göz iltihabına səbəb ola bilər. Tərkibində çox sayda kimyəvi maddə olan bu məhsullar dərimizdəki yağ və ətraf mühitdən gələn toz hissəcikləri ilə birləşərək göz iltihabına, hətta diqqət edilməz və müalicə olunmazsa çox daha ciddi göz xəstəliklərinə yol aça bilər. Buna görə yatmazdan əvvəl makiyajın mütləq t əmizlənməsi və gözün bol su ilə yuyulması çox vacibdir.
 

Göz Qapağı İltihabı Müalicəsi

Göz qapağı iltihabı, asan müalicə edilə bilən, lakin təkrarlaya bilən inadkar bir xəstəlikdir və ev şəraitində də müalicəsi mümkündür. Müalicədə hər gün müntəzəm olaraq isti, nəm və təmiz bez və ya pambıqla göz qapağına və kiprik diblərinə edilən yüngül masaj vasitəsilə kiprik dibinin təmizlənməsi vacibdir. Bu prosedur gündə 2–3 dəfə, 5 dəqiqə ərzində tətbiq olunmalı və şam ağacı ekstraktı tərkibli xüsusi şampunlarla kiprik dibləri təmizlənməlidir.

Xəstələrin çoxu bu narahatlığın təkrarlamaması üçün ömür boyu günlük təmizlik ruti nini davam etdirmək məcburiyyətində qalır. Həmçinin göz həkiminin təyin edəcəyi antibiotikli kremlər və ya steroid tərkibli göz damcıları fəsadların qarşısını almaq və xəstəni rahatlaşdırmaq baxımından çox əhəmiyyətlidir. Əgər göz quruluğu da varsa, göz yaşı damcıları yenə həkim tərəfindən mövsümətli şəkildə məsləhət görüləcəkdir.

Göz Qapağı İltihabına Qarşı Günlük Baxım Rutin i Necə Olmalıdır?

Göz qapağındakı iltihabların təkrarlanmasının qarşısını almaq üçün gigiyena vərdişlərinin davamlı hala gətirilməsi gərəkir. Blefarit müalicəsi yalnız dərmanlarla məhdud deyil; günlük baxım rutinləri də müalicə qədər təsirli ola bilər.

Səhər və axşam olmaqla, gündə iki dəfə isti və nəm bezlə göz qapağının silinməsi iltihabın şiddətini azaldır və kiprik diblərinin sağlam qalmasını təmin edir. "Blefarit nədir?" deyə maraqlanan şəxslər üçün qeyd edilməlidir ki, bu iltihabi vəziyyətin əsasında göz qapağındakı yağ vəzilərinin tutulması, kiprik dibində toplanan bakteriyalar və ölü hüceyrələr dayanır. Bu səbəbdən xüsusilə çay ağacı yağı tərkibli göz təmizləmə salfetləri və ya şampunlarla müntəzəm təmizlik aparılması məsləhət görülür. Həmçinin istifadə olunan makiyaj vasitələrinin şəxsə məxsus olması və hər istifadədən sonra fırçaların yuyulması infeksiya riskini azaldır.

Sık Verilən Suallar

Göz qapağı iltihabına nə yaxşı gələr?

Göz qapağı iltihabına yaxşı gələrək ən təsirli yöntəm gigiyenanı təmin etməkdir. Ilıq kompres tətbiqləri kiprik diblərini yumşaldır və tutulmuş vəzilərin açılmasını təmin edir. Həkimin məsləhət gördüyü antibiotikli məlhəmlər və çay ağacı yağı tərkibli məhsullar iltihabın nəzarət altına alınmasına kömək edir. Göz qapağındakı iltihaba nə yaxşı gələr sualına verilə biləcək ən ümumi cavab müntəzəm təmizlik və doğru məhsul istifadəsidir.

Blefarit nəyə görə təkrarlanır?

Blefarit xroniki və təkrarlama meyilli bir narahatlıqdır. Müalicə edilsə belə, günlük baxım laqeyd qaldıqda yenidən ortaya çıxa bilər. Göz quruluğu, rozasea kimi dəri xəstəlikləri və immun sisteminin zəifliyi də blefaritin təkrarlanmasına səbəb ola bilər. Bu səbəbdən təkcə dərman müalicəsinə deyil, eyni zamanda həyat tərzi dəyişiklərinə də diqqət yetirmək gərəkir.

Blefarit müalicəsi nə qədər davam edir?

Blefarit müalicəsi şəxsdən şəxsə dəyişsə də, adətən 1–3 həftə ərzində nəticə verməyə başlayır. Lakin tam sağalma üçün müntəzəm baxımın bir neçə ay davam etməsi lazım gələ bilər. "Göz qapağı iltihabı necə keçir?" sualı da bu prosesin fərdi fərqliliklər göstərdiyini xatırladır. Antibiotik tərkibli damcılar, məlhəmlər və təmizləyici məhlullar müalicənin əsas tərkib hissələrini təşkil edir.

Linza istifadə edənlər blefaritlə bağlı nələrə diqqət etməlidir?

Linza istifadə edənlər linzanı taxmazdan əvvəl mütləq əllərini yumaq və linzaları steril məhlullarla təmizləmək məcburiyyətindədir. Çirkli linzalar göz qapağında iltihaba səbəb ola bilər. Blefarit əlamətləri göstərən şəxslər sağalana qədər linza istifadəsinə ara verməli və həkim nəzarəti olmadan yenidən istifadə etməməlidirlər.

Veb saytımızdakı məzmunlar yalnız məlumatlandırma məqsədilədir. Diaqnoz və müalicə üçün mütləq həkiminizə müraciət edin.
Yaradılma Tarixi : 06.05.2025
Yeniləmə Tarixi : 30.06.2025
Ünsiyyət : 0123104033
Əlaqə Forması Covid-19 Məlumatlandırma