Komedonlar, xalq arasında daha çox qara nöqtə və ağ nöqtə kimi tanınan, dəridəki gözeneklərin tıxanması nəticəsində yaranan kiçik lezyonlardır. Xüsusilə üz, bel və sinə kimi piy vəzilərinin sıx olduğu nahiyələrdə tez-tez rast gəlinir. Akne və dəri sağlamlığı problemlərinin ən yayğın başlanğıc əlamətləri arasında yer alırlar.

Komedonların Yaranması

Komedonlar, dəri gözeneklərinin ölü dəri hüceyrələri və sebum (dəri yağı) ilə tıxanması nəticəsində əmələ gəlir. Gözenek tıxandıqda, sebumun dəri səthinə çıxışı məhdudlaşır və bu hal bakteriyaların yığılmasına səbəb ola bilər. Komedonlar açıq (qara nöqtə) və qapalı (ağ nöqtə) olmaq üzrə iki tipə ayrılır:

  • Açıq Komedonlar (Qara Nöqtələr): Gözenek açıq qaldıqda, daxildə yığılan sebum və ölü dəri hüceyrələri oksidləşir və tünd rəng alır.
  • Qapalı Komedonlar (Ağ Nöqtələr): Gözenek tamamilə qapalı olduqda, tıxanma dərinlikdə qalır və ağ və ya dəri rəngində görünür.

Komedonların İdarə Edilməsi və Müalicəsi

Komedonların müalicəsi, dəri tipinə və problemin ağırlıq dərəcəsinə görə dəyişir. Aşağıda bəzi idarəetmə strategiyaları verilmişdir:

  • Müntəzəm Dəri Təmizliyi: Dərinin müntəzəm təmizlənməsi, gözeneklərin tıxanmasının qarşısını almağa kömək edə bilər. Yumuşaq və dəri tipinizə uyğun təmizləyicilər tercih edilməlidir.
  • Topikal Müalicələr: Retinoidlər kimi topikal dərmanlar, ölü dəri hüceyrələrinin soyulmasını stimullaşdırır və gözeneklərin açılmasına kömək edir. Bundan əlavə, benzoil peroksid və salisilik turşu tərkibli məhsullar da komedonların təmizlənməsinə kömək edə bilər.
  • Peşəkar Dəriyə Qulluq: Dermatoloji pilinqlər və mikrodermabraziya kimi peşəkar dəri baxımı prosedurları, ölü dəri hüceyrələrini və tıxanmaları effektiv şəkildə təmizləyə bilər.

Qarşısının Alınması Yöntəmləri

  • Makiyaj və Dəriyə Qulluq Məhsullarının Diqqətli Seçimi: "Non-comedogenic" (gözenek tıxamayan) qeydli məhsullardan istifadə etmək, komedon yaranma riskini azalda bilər.
  • Sağlam Qidalanma və Kifayət Qədər Su Qəbulu: Sağlam qidalanma və kifayət qədər maye qəbulu dəri sağlamlığını qorumaq üçün vacibdir.
  • Müntəzəm Fiziki Aktivlik: Məşq, qan dövranını artıraraq dərinin daha sağlam olmasına yardım edir və toksinlərin atılmasını dəstəkləyir.


Komedonlar, xüsusilə yeniyetməlik dövründə və yağlı dəri tiplərində geniş yayılmışdır, lakin uyğun dəriyə qulluq və müalicə yöntəmləri ilə idarə oluna bilər. Əgər komedon və ya akne problemləriniz varsa, vəziyyətinizi dəyərləndirmək və uyğun müalicə planı hazırlamaq üçün mütəxəssis həkimə (dermatoloqa) müraciət etməyiniz məsləhət görülür.

Komedon Təmizliyində Diqqət Edilməli Məqamlar

Komedonların ev şəraitində sıxılması və ya şüursuz şəkildə təmizlənməsi, dəridə iz qalmasına və ya infeksiya inkişafına səbəb ola bilər. Qapalı komedonlar, dərin altında qaldığı üçün xaricdən müdaxilə ilə tam təmizlənməsi çətindir. Bu kimi hallarda, evdə qapalı komedon təmizliyi ediləcəkdirsə, steril ləvazimatlardan istifadə olunması və zərif yöntəmlərin tətbiqi vacibdir. Lakin ən təhlükəsiz yöntəm, bu prosesin peşəkar şəxslər tərəfindən həyata keçirilməsidir.


Dəri tipinə uyğun qulluq məhsullarından istifadə etmək, komedonların təkrar yaranmasının qarşısını ala bilər. Salisilik turşu və ya glikolik turşu tərkibli məhsullar həm gözenek daxilindəki tıxanmanı
 açmaq, həm də dəri səthini zərif şəkildə soymak baxımından olduqca effektivdir. Bu məhsullar dərini qurutmadan ölü hüceyrələrin uzaqlaşdırılmasını təmin edir və yeni komedon yaranmasını azaldır.

Komedonlar və Dəri Tipi Arasındakı Əlaqə

Komedonlar yağlı və qarışıq dəri tiplərində daha tez-tez görülsə də, quru dəridə də yarana bilər. Dəri kifayət qədər nəmləndirilmədikdə, özünü qorumaq üçün daha çox sebum istehsal edir və bu da komedon riskini artıra bilər. Buna görə, yalnız yağlı dərilər deyil, hər dəri tipi müntəzəm qulluq və nəmləndirməyə ehtiyac duyur.

İstifadə olunan dəriyə qulluq məhsullarının tərkibi də komedon yaranmasında təsirli ola bilər. Tərkibində yüksək miqdarda yağ əsaslı komponentlər olan məhsullar, gözenekləri tıxaya bilər.

Komedonlara Qarşı Uzun Müddətli Dəri Rutini

Komedonlardan qalıcı şəkildə qurtulmaq üçün yalnız qısa müddətli həl yolları deyil, uzun müddətli dəriyə qulluq rutini mənimsəmək lazımdır. Bu rutin aşağıdakı addımları əhatə etməlidir:

  • Səhər və axşam olmaqla gündə iki dəfə dəri təmizliyi

  • Həftəlik olaraq salisilik turşu və ya glikolik turşu tərkibli məhsullarla eksfoliasiya (soyma)

  • Gündüz mütləq günəş qoruyucu istifadəsi

  • Həftədə bir dəfə gözenek təmizləyici maska tətbiqi

Bu addımlar, həm mövcud komedonların aradan qaldırılmasına, həm də yeni lezyonların yaranmasının qarşısının alınmasına kömək edir. Müntəzəm dermatoloq müayinələri ilə dəri tipi və ehtiyaclara uyğun fərdiləşdirilmiş qulluq planı tərtib etmək də mövsiyyət edilir.

Çox Verilən Suallar 

Qapalı komedon necə yox olur?

Qapalı komedonlar, gözeneklərin tam tıxanması nəticəsində yaranır və adətən dəri səthində yüngül qabarıqlıq şəklində görünür. Bu tip lezyonlar çox vaxt xaricdən müdaxilə ilə açılmır. Müalicədə ən təsirli yöntəm, salisilik turşu və ya glikolik turşu tərkibli eksfoliantlarla müntəzəm dəriyə qulluq aparmaqdır. Retinoid tərkibli topikal məhsullar da gözenekləri açaraq dəri hüceyrələrinin yenilənməsini süətləndirir. Müalicəyə baxmayaraq keçməyən qapalı komedonlar üçün dermatoloq dəstəyi mövsiyyət edilir.

Evdə qapalı komedon təmizliyi necə aparılır?

Evdə qapalı komedon təmizliyi edərkən diqqətli olmaq lazımdır. İlk addım kimi dəri ilıq buxarla yumuşaldılmalı və gözeneklərin açılması təmin edilməlidir. Daha sonra dərini zədələməyən, iti olmayan komedon alətləri və ya steril pambıqlı çubuqlardan istifadə oluna bilər. Təmizlikdən sonra mətləb gözenek sıxlaşdırıcı tonik və nəmləndirici tətbiq edilməlidir. Səhv tətbiqlər dəridə qıcıqlanmaya və infeksiyaya səbəb ola biləcəyindən, evdə müdaxilə mümkün qədər məhdud saxlanmalıdır.

Komedonlar sızanağa çevrilə bilərmi?

Bəli, komedonlar müalicə edilmədikdə və ya uyğun şəkildə təmizlənmədikdə, bakteriyaların çoğalması ilə iltihablı sızanağa çevrilə bilər. Qapalı komedonlar, dəri altında iltihab yığılmasına daha meyillidir. Buna görə, sızanaq yaranmasının qarşısını almaq üçün komedonlar erkən dövrdə aşkarlanmalı və uyğun qulluq tətbiq olunmalıdır.

Hansı məhsullar komedon yaranmasını artırır?

Tərkibində mineral yağ, lanolin, ətirsiz spirt və ya silikon olan məhsullar gözenekləri tıxayaraq komedon yaranmasına səbəb ola bilər. Həmçinin çox örtücü xüsusiyyətə malik makiyaj məhsulları da bu vəziyyəti tətikləyə bilər. 

Veb saytımızdakı məzmunlar yalnız məlumatlandırma məqsədilədir. Diaqnoz və müalicə üçün mütləq həkiminizə müraciət edin.
Yaradılma Tarixi : 08.05.2025
Yeniləmə Tarixi : 30.06.2025
Ünsiyyət : 0123104033
Əlaqə Forması Covid-19 Məlumatlandırma