Maqnezium, orqanizmdə birçox vacib funksiyalara malik olan mineraldır. Sinir sistemi, əzələ funksiyası, enerji istehsalı, sümük sağlamlığı və ürək sağlamlığı kimi birçox bioloji prosesdə mühüm rol oynayan maqnezium, bədən tərəfindən təbii yolla istehsal olunmur. Maqnezium sağlam qidalanma səviyyəsi və ya qida əlavələri ilə kifayət qədər qəbul olunmadığı təqdirdə, maqnezium çatışmazlığı meydana gələ bilər.
Maqnezium çatışmazlığı, orqanizmdə kifayət miqdarda maqneziumun olmaması vəziyyətidir. Maqnezium bədəndə çox vacib funksiyaları yerinə yetirdiyinə görə, onun çatışmazlığını qısa zamanda aşkar edib müalicə etmək çox vacibdir.
Maqnezium çatışmazlığının yaranmasına çoxsaylı amillər səbəb ola bilsə də, spirtli içki və kofein istifadəsi, stress və nizamsız qidalanma maqnezium çatışmazlığının əsas səbəbləridir.
Böyrək xəstəlikləri, şəkərli diabet, bağırsaq xəstəlikləri və yaşlılıq səbəbindən də maqnezium dəyərlərində enmələr müşahidə oluna bilər. Maqnezium çatışmazlığı diaqnozu qoyulduqdan sonra çatışmazlığın altında dayana biləcək digər sağlamlıq problemləri də mütləq araşdırılmalıdır.
Maqnezium çatışmazlığı vaxtında aşkar və müalicə edilmədikdə, bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Bu problemlərin əsasları hipertoniya (yüksək təzyiq), ürək xəstəlikləri, qalxanabənzər vəzil (tiroid) xəstəlikləri, Çölyak xəstəliyi, osteoporoz (sümük əriməsi), miqren, yuxu pozğunluqları, əzələ qıcolmaları, psixoloji pozğunluqlar, yorğunluq, aybaşı (menstruasiya) pozğunluqları və həzm problemləridir.
Maqnezium çatışmazlığının geniş rast gəlinən əlamətləri əzələ spazmları, halsızlıq, enerji azlığı, əsəbilik, anksiyete, depressiya, yuxu pozğunluqları, baş ağrıları, həzm problemləri (qəbizlik və ya ishal), ürəkdöyünmə (taxikardiya), müxtəlif nahiyələrdə keyimə və qarışqa gəzmə hissi, iştahasızlıq və ürəkbulanmadır. Maqnezium çatışmazlığının yaranma səbəbi başqa bir xəstəlikdirsə, bu əlamətlər həmin xəstəliyin yaratdığı simptomlarla yanaşı müşahidə oluna bilər.
Maqnezium çatışmazlığının olmasından danışmaq üçün bütün əlamətləri daşımağınız vacib deyil. Bəzi pasiyentlərdə heç bir əlamət görülmədiyi halda, bəzilərində əlamətlər daha güclü şəkildə ortaya çıxa bilər. Maqnezium çatışmazlığı, heç bir şikayətiniz olmasa belə, rutin müayinə və laborator tədqiqlər zamanı da aşkar oluna bilər.
Maqnezium çatışmazlığının qarşısının alınmasında qidalanma rejimi çox önemlidir. Maqnezium baxımından zəngin qidalar arasında yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, pazı), tam taxıllar, çərəzlərdən balqabaq tumu, badam, fındıq, yer fıstığı, banan, avokado, qara lobya, qatıq və somon balığı kimi qidalar var. Bu qidaların kifayət qədər miqdarda rasionunuza daxil edilməsi orqanizmin ehtiyac duyduğu maqneziumun təmin olunması baxımından faydalıdır. Həddən artıq spirtli içki istifadəsindən qaçmaq və maqnezium çatışmazlığına səbəb olan xroniki xəstəlikləriniz üçün tələb olunan müalicə proqramına riayət etmək də olduqca vacibdir. Lazımi tədbirləri görsəniz belə, başqa amillər səbəbilə maqnezium çatışmazlığı yaşama ehtimalınız var. Buna görə də mütəmadi olaraq ixtisaslı daxili xəstəliklər (terapevt) həkiminə müayinə olunmağınız və nəzarət tədqiqləri etdirməyiniz çox önemlidir. Həkiminiz lazım gördüyü təqdirdə, qidalanma proqramınıza əlavə olaraq maqnezium preparatları da təyin edə bilər.
Maqnezium çatışmazlığı diaqnozu qoymaq üçün adətən qan analizi aparılır. Qanda maqnezium səviyyəsinin aşağı olması çatışmazlıq vəziyyətinə işarə edə bilər. Qandakı maqnezium səviyyəsi bədəndəki ümumi maqnezium miqdarını tam əks etdirməyə bilər, buna görə də müayinədən sonra simptomlarınız və digər tədqiqat nəticələri nəzərə alınaraq dəqiq diaqnoz həkiminiz tərəfindən qoyulmalıdır.
Maqnezium çatışmazlığının müalicəsi çatışmazlığın şiddətinə və əlamətlərə əsasən dəyişir. Yüngül çatışmazlıqda maqnezium baxımından zəngin qidaların pəhrizinizə əlavə olunması kifayət edə bildiyi halda, daha ciddi hallarda maqnezium preparatları reseptlə təyin oluna bilər. Əlavələrin dozası və istifadə müddəti həkiminiz tərəfindən müəyyən edilməlidir.
Maqnezium çatışmazlığı, sağlamlığı və həyat keyfiyyətini mənfi təsirləyə bilən bir vəziyyətdir. Buna görə, sağlam həyat tərzi mənimsəmək, balanslı qidalanmaq və kifayət qədər maqnezium qəbulu vacibdir. Əgər maqnezium çatışmazlığı əlamətlərindən şübhələnirsinizsə, mütəxəssis həkimə müraciət edərək vəziyyətinizi dəyərləndirməyiniz önemlidir.
Orqanizm sağlamlığının qorunmasında birçox vitamin və mineral birlikdə işləyir. Bu elementlərin hər hansı birində yaşanan çatışmazlıq, digərlərinin də balansını poza bilər. Xüsusilə D vitamini və maqnezium çatışmazlığı bir yerdə olduqda, immun sistemindən tutmuş sümük sağlamlığına qədər birçox funksiyalar pozula bilər. D vitamini, sümük inkişafı və immun sistemi baxımından kritik əhəmiyyətə malikdir; lakin effektli işləyə bilməsi üçün bədəndə kifayət qədər maqnezium olmalıdır.
Maqnezium, D vitamininin aktiv formaya çevrilməsinə kömək edir. Buna görə də D vitamini çatışmazlığı aşkar edilən şəxslərdə mütləq maqnezium səviyyələri də qiymətləndirilməlidir. Sink çatışmazlığı immun sistemini zəiflədərkən, maqnezium çatışmazlığı enerji istehsalını və sinir sistemi funksiyalarını mənfi təsirləyir. Bu iki mineralın çatışmazlığı, xüsusilə saç dökülməsi, yorğunluq, diqqət yayğınlığı və dərinin problemləri kimi əlamətlərlə özünü göstəərə bilər.
“Maqnezium çatışmazlığı niyə olur?” sualı birçox insanın maraqlandığı müddəadır. Ən geniş yayılmış səbəblərin başında qeyri-tarazlı qidalanma, emal olunmuş qidaların həddindən artıq istifadəsi və xroniki stress dayanır. Bundan əlavə bəzi dərmanlar (məsələn, diuretiklər), bağırsaqlarda sorulma pozğunluqları, intensiv idman proqramları və uzunmüddətli ishal kimi vəziyyətlər də bədəndəki maqnezium balansını poza bilər. Çox miqdarda kofein və spirtli içki istifadəsi də maqnezium səviyyələrini azaldan faktorlar sırasındadır.
Müasir həyat tərzi, həm maqnezium çatışmazlığını, həm də digər mikroqida çatışmazlıqlarını tətikləyərək uzun müddətdə xroniki yorğunluq, immun sistemində zəiflik və psixoloji problemlərə zəmin yarada bilər.
Maqnezium çatışmazlığı, bədəndə birçox sistemi təsirləyən müxtəlif əlamətlərlə özünü göstəərə bilər. Ən geniş yayılmış maqnezium çatışmazlığı əlamətləri arasında əzələ qıcolmaları, əzələlərdə seğirmə və zəiflik yer alır. Bununla yanaşı, xroniki yorğunluq, halsızlıq, baş ağrısı, konsentrasiya pozğunluqları və əsəbilik də tez-tez rastlanan şikayətlərdəndir. Yuxu problemləri, gecə tez oyanma və narahatlıq hissi də bu çatışmazlıqla əlaqəlidir. Mədə və bağırsaqlarda həzm problemləri, qəbizlik və ya ishal kimi hallar da maqneziumun kifayət qədər qəbul olunmaması nəticəsində ortaya çıxa bilər. Uzun müddətdə isə ürək ritmində pozğunluqlar, sümük sağlamlığında pisləşmə və immun sisteminin zəifləməsi kimi daha ciddi sağlamlıq problemlərinə də yol aça bilər.
D vitamini və maqnezium çatışmazlığı bir arada olduqda, orqanizm bu iki vacib qida maddəsini effektiv şəkildə istifadə edə bilmir. Maqnezium, D vitamininin aktiv formaya çevrilməsini təmin edən enzimatik proseslərdə rol aldığı üçün, maqnezium çatışmazlığı olan şəxslərdə D vitamini yetərli səviyyədə qəbul edilsə belə, bədəndə ondan tam fayda əldə olunmaya bilər. Bu vəziyyət sümük sağlamlığını təhdid edərək osteoporoz (sümük əriməsi) riskini artırır. İmmun sistemi zəifləyir, infeksiyalara qarşı müqavimət azalır. Əhval-ruhiyyə dəyişiklikləri, depressiyaya meyillilik və diqqət toplamaqda çətinlik kimi nevroloji simptomlar da bu iki çatışmazlığın təsiri ilə ortaya çıxa bilər. Buna görə də, həm D vitamini, həm də maqnezium səviyyələrinin balansda olması ümumi sağlamlıq baxımından kritik əhəmiyyət daşıyır.
Maqnezium çatışmazlığının birçox fərqli səbəbi ola bilər. Ən geniş yayılmış səbəblərin başında yetersiz və qeyri-tarazlı qidalanma dayanır. Xüsusilə emal olunmuş qidaların çox istifadə edildiyi pəhrizlərdə maqnezium qəbulu aşağı olur. Stressli həyat tərzi, bədəndəki maqneziumun daha süratlə tükənməsinə səbəb olduğu kimi, intensiv idmanla məşğul olan şəxslərdə də bu mineralın itkisi arta bilər. Həddən artıq spirtli içki və kofein istifadəsi maqneziumun sorulmasını mənfi təsirləyir. Bəzi xroniki xəstəliklər (məsələn, şəkərli diabet, Krohn xəstəliyi) və uzunmüddətli diuretik, antibiotik kimi dərman istifadəsi də maqnezium çatışmazlığı səbəbləri arasındadır. Yaş artdıqca orqanizmin mineral sorulması azaldığı üçün yaşlı şəxslərdə bu çatışmazlığa daha çox rast gəlinir.
Maqnezium və sink çatışmazlığı birlikdə olduqda, bu vəziyyət bədən üzrə çoxsaylı sağlamlıq problemlərinə səbəb ola bilər. Hər iki mineral immun sistemi, hüceyrə yenilənməsi, sinir sistemi və enerji istehsalı baxımından son dərəcə vacibdir. Çatışmazlıq zamanı saç dökülməsi, dəridə quruluq və səpgilər, dırnaqlarda sınmalar geniş yayılmış şəkildə müşahidə oluna bilər. Yorğunluq, enerji azlığı, zehni dumanlılıq və diqqət yayğınlığı kimi nevroloji əlamətlər də bu çatışmazlığın təzahürləri sırasındadır. İmmun sistem zəiflədiyi üçün insan tez-tez infeksiyalara yoluxa bilər. Yaraların gec sağalması, dad və qoxu hissində zəifləmə daha çox sink çatışmazlığını göstərə biləcəyi halda, əzələ zəifliyi və qıcolmalar daha çox maqnezium çatışmazlığını düşündürür. Bu iki mineralın balanslı qəbulu, həm fiziki, həm də zehni sağlamlığın qorunması baxımından çox önemlidir.