Yalnız uzaq məsafəni görməyimizi təmin edən lenslərə monofokal (tək fokuslu), uzaq və yaxın məsafəni görməyimizi təmin edən lenslərə bifokal (iki fokuslu), uzaq, orta və yaxın məsafəni görməyimizi təmin edən lenslərə isə trifokal (üç fokuslu) lenslər deyilir. Xəstəyə edilən detallı müayinə nəticəsində göz sağlamlıq vəziyyətinə görə ən uyğun lens təyin edilir.
Çox fokuslu lenslərin ən yeni versiyası olan Trifokal lenslər, uzaqda aydın görmə təmin etdikləri kimi yaxın məsafədə də 20-80 sm aralığında eynək zərurətini tamamilə aradan qaldırır. Xüsusilə davamlı kompüter istifadə edən şəxslər üçün olduqca komfortlu bir metoddur.
Kataraktı olan, uzaq və yaxın görmə problemi yaşayan və ya gözü lazer müalicəsinə uyğun olmayan yüksək göz dioptriyalı olan xəstələrə tətbiq edilə bilən bir metoddur. Həmçinin eynək və kontakt-lens istifadə etmək istəməyən miyop, hipermetrop və astiqmatı olan xəstələrə də tətbiq edilə bilir.
Trifokal lenslər digər lenslərlə qarışdırılmamalıdır. Gündəlik, həftəlik və ya aylıq istifadə edilən lenslər kimi deyil. Cərrahi əməliyyatla göz içində olan və sağlam olmayan lens çıxarılaraq, yerinə qalıcı bir lens taxılır. Bu lenslər zamanla effektliliyini itirmir, bu səbəblə qalıcıdır.
Görmə problemi yaşayan və həkimin bu yöntem üçün uyğun gördüyü bütün xəstələrə trifokal lens tətbiq edilə bilər. Uzmanlıq tələb edən ciddi bir əməliyyatdır, bu səbəbdən uzman bir həkim nəzarətində bu prosesi tamamlamaq olduqca önəmlidir. Bu əməliyyatda tətbiq ediləcək sahənin çox yaxşı mərkəzli olması və əməliyyat sonrasında hər hansı bir sürüşmə olmaması lazımdır. Doğru yönləndirilən və başarılı bir əməliyyat həyata keçirildikdən sonra yan təsiri olmadığı müşahidə edilmişdir.
Orta hesabla 10 – 15 dəqiqə bir müddətdə əməliyyat tamamlanır. Əməliyyat zamanı xəstə ağrı və ya sancı hiss etmir. Xəstə ertəsi gün sosial həyatına davam edə bilər, lakin 15-20 gün çox ağır fəaliyyətlərdən uzaq durmaq tövsiyə edilir.
Diabetə bağlı göz içi qanaması və ya retina problemi olan, sarı nöqtə xəstəliyi olan, keraktokonus kimi kornea problemləri olan xəstələrə trifokal lens tətbiqi edilməməlidir.
Trifokal lens, adından da anlaşılacağı kimi üç fokuslu bir quruluşa malikdir. Trifokal göz içi lenslər sayəsində xəstələr, uzaq, orta və yaxın məsafələrdə aydın bir görüntü əldə edə bilər. Bu texnologiya, xüsusilə katarakt xəstələrinin əməliyyat sonrası eynəksiz bir həyat sürmələrini təmin etmək məqsədilə inkişaf etdirilmişdir. Trifokal lens, klassik monofokal və ya bifokal lenslərə nisbətdə daha geniş bir görüntü sahəsi təqdim edərək xəstələrin həyat keyfiyyətini artırır.
Trifokal göz içi lenslər, müxtəlif məsafələrdəki obyektləri aydın bir şəkildə görə bilmək üçün xüsusi bir optik dizayna malikdir. Göz içərisinə yerləşdirildikdən sonra qalıcı bir həll təqdim edir və illər ərzində performans itirmir. Bu lenslər, göz içi əməliyyatı sonrası xəstələrin həm kitab oxuya bilməsinə, həm kompüter istifadə edə bilməsinə, həmçinin avtomobil sürərkən uzağı aydın bir şəkildə görə biləməsinə imkan tanıyır.
Trifokal lens əməliyyatı, mütəxəssis bir göz həkimi tərəfindən həyata keçirilir. Əməliyyat zamanı xəstənin öz təbii lensi çıxarılır və yerinə süni bir trifokal göz içi lensi yerləşdirilir. Əməliyyat, lokal anesteziya altında, orta hesabla 10-15 dəqiqə kimi qısa bir müddətdə tamamlanır. Trifokal lens əməliyyatı sonrası sağalma prosesi olduqca sürətlidir və əksər xəstələr ertəsi gün normal həyatlarına dönə bilərlər. Ağır fiziki fəaliyyətlərdən müəyyən bir müddət qaçınmaq vacibdir.
Trifokal lens, katarakt problemi yaşayan, uzaq və yaxın görmə problemləri olan, lazer əməliyyatına uyğun olmayan və ya eynəkdən qurtulmaq istəyən miyop, hipermetrop və astiqmat xəstələrinə tətbiq edilə bilər. Mütəxəssis bir həkim tərəfindən aparılan detallı göz müayinəsi nəticəsində uyğunluq dəyərləndirilir.
Bəli, trifokal göz içi lenslər ömür boyu istifadə üçün dizayn edilmişdir. Doğru bir cərrahi tətbiq sonrası trifokal lenslər zamanla funksional itki yaşamaz və dəyişdirilmələri lazım deyil.
Trifokal lens əməliyyatı sonrası xəstələrin gözlərini qoruması, həkimin tövsiyə etdiyi damlaları müntəzəm istifadə etməsi və xüsusilə ilk bir neçə həftə ağır məşqlərdən çəkinməsi tövsiyə edilir. Gözdə qaşıma və ya basdırma kimi hərəkətlərdən də uzaq durulmalıdır.
Doğru xəstə seçimi və təcrübəli bir həkim tərəfindən həyata keçirilən tətbiq sonrası trifokal lenslərdə ciddi bir dezavantaj ümumiyyətlə müşahidə edilmir. Nadirdir ki, bəzi xəstələr başlanğıcda gecə işıqlarında parlaqlar və ya yüngül əks olunmalar qeydə ala bilərlər. Bu vəziyyət ümumiyyətlə zamanla düzəlir.