Uşaqlıq dövründə rast gəlinən əsas sağlamlıq problemləri adətən yuxarı tənəffüs yolları ilə bağlı olur. Yuxarı tənəffüs yollarında yaranan sağlamlıq problemlərinin ən çox rast gəlinən faktorlarından biri adenoid toxuma olduğu müşahidə edilir. Adenoid, burun boşluğunun arxasında yerləşən geniz bölgəsində olan toxumadır. Bakteriya və virusların burundan daxil olub bədənə yayılmasının qarşısını alma funksiyasını yerinə yetirən adenoid, eyni zamanda antikor istehsalında da rol oynayır. Lakin xüsusilə 3 yaşından sonra əvvəlki funksiyasını itirən adenoid şişərək uşaqların xəstələnməsinə səbəb ola bilər. Bədəndə bakteriya və viruslardan qorunma və antikor istehsal etmə funksiyasında başqa quruluşlar da olduğundan, adenoidləri alınan uşaqlar bu toxuma ilə bağlı problemlərdən qurtulub daha az xəstələnə bilərlər.
Uşaqlarda Adenoid Əlamətləri Nələrdir?
Uşaqlarda adenoid ilə bağlı sağlamlıq problemlərinin önəmli əlamətləri;
• Yatarkən xoruldamaq,
• Qulaq ağrısı,
• Səslə nəfəs alma,
• Burun tıxanıqlığı,
• İştahasızlıq,
• Baş ağrısı,
• Üz sümüklərində inkişaf pozğunluqları,
• Sinüzit
olaraq sıralana bilər.
Adenoid İnkişaf Geriliyinə Səbəb Ola bilərmi?
Adenoid problemlərinə görə burundan nəfəs almaqda çətinlik çəkərək davamlı ağızdan nəfəs alan uşaqların diş inkişaf problemləri ilə qarşılaşma riski var. Bununla yanaşı, adenoid rahat yatmağa maneə olduğuna görə yatarkən intensiv olaraq ifraz olunan və böyümədə təsirli olan bəzi hormonlar daha az ifraz olunur, bu hal uşaqların böyüməsinə maneə yarada bilər.
Adenoid Əməliyyatına Nə Zaman Qərar Verilməlidir?
Adenoid ilə bağlı problemlər yaşayan uşaqlar mütləq bir mütəxəssis həkim tərəfindən ətraflı müayinə edilməlidir. Bu müayinə sonrası həkim lazım gördükdə əməliyyat məsləhət görülür. Uşaqlarda adenoid iltihabları adətən antibiotiklərlə müalicə olunur. Davamlı təkrarlanan iltihablarda bir müddət sonra antibiotiklər kifayət etməyə bilər və dərman istifadəsi ilə böyrəklər təsirlənə bilər. Xüsusilə toxumanın şişməsi səbəbiylə yaranan tənəffüs problemlərindən qurtulmaq üçün əməliyyat tövsiyə olunur. Əməliyyat sonrası xəstənin həyat keyfiyyəti böyük ölçüdə arta bilər.
Ümumi anesteziya yolu ilə tətbiq edilən əməliyyatdan sonra eyni gün xəstəxanadan çıxa bilən uşaq, əməliyyat günü həkim tövsiyələrinə uyğun qidalanmalıdır. Əks gün isə gündəlik həyatına davam edə bilər, məktəbə gedə bilər. Adenoid əməliyyatı sadə bir cərrahi müdaxilədir və uşağın həyatında nəzərəçarpacaq nəticələr yarada bilər. Lakin əməliyyatın sahəsində mütəxəssis həkimlər tərəfindən aparılması olduqca önəmlidir.
Tez-tez Verilən Suallar
Adenoid əməliyyatı neçə yaşında edilir?
Adenoid əməliyyatı 1 ilə 7 yaş arasındakı uşaqlara tətbiq edilir. Adenoid, 7 yaşından sonra öz-özünə kiçilməyə başlayır və yeniyetmə dövründə demək olar ki, tamamilə yox olur.
Adenoid alınmazsa nə olar?
Müalicə edilməyən adenoid, uşaqlarda xroniki burun tıxanıqlığı, davamlı ağızdan nəfəs alma, yuxu problemləri, iştahasızlıq, inkişaf pozğunluqları və tez-tez təkrarlanan qulaq infeksiyalarına səbəb ola bilər. Uzun müddətdə inkişaf geriliyi və üz sümüklərində deformasiya da meydana gələ bilər.
Adenoid əməliyyatı sonrası nələrə diqqət edilməlidir?
Cərrahi müdaxilə sonrası ilk gün, qidalanmada isti qidalardan və içkilərdən qaçınılmalı, yumşaq və ilıq yeməklər seçilməlidir. Həmçinin uşaq bir müddət aşırı fiziki fəaliyyətlərdən uzaq tutulmalı və həkim tərəfindən tövsiyə edilən şəkildə müntəzəm kontrola gedilməlidir.
Adenoid yenidən böyüyərmi?
Adenoid əməliyyatla alındıqdan sonra yenidən böyümə ehtimalı olduqca azdır. Lakin nadir hallarda kiçik yaşda əməliyyat olan bəzi uşaqlarda toxumanın bir hissəsinin yenidən inkişaf etməsi mümkündür. Bu halda yenidən dəyərləndirmə tələb oluna bilər.