Hovuzdan sonra göz qızartısı, yay aylarında ən çox rast gəlinən göz şikayətlərindən biridir. Hovuzdan istifadə etdikdən sonra meydana çıxan qızartı, yanma, batma və sulanma çox vaxt xlor və ya digər hovuz kimyəvi maddələrinin göz səthində yaratdığı müvəqqəti qıcıqlanmadan qaynaqlana bilər. Bəzi hallarda bakteriya, virus və ya digər mikroorqanizmlərin səbəb olduğu hovuz göz infeksiyası da oxşar əlamətlərlə özünü göstərə bilər. Gigiyena şərtlərinin kifayət qədər olmadığı hovuzlar, kontakt linza istifadə edən şəxslər və göz quruluğu olan fərdlərdə risk artmış olur.
Hər hovuz sonrası yaşanan göz qızartısı infeksiya mənasına gələ bilməz. Lakin qızartı ilə yanaşı ağrı, çapaqlanma, işığa həssaslıq və ya görmə bulanıqlığı varsa, vəziyyətin göz xəsətəlikləri baxımından qiymətləndirilməsi əhəmiyyət kəsb edir. Bu əlamətlər bəzən müvəqqəti bir qıcıqlanmadan qaynaqlansa da, bəzən də müalicə tələb edə bilən bir göz infeksiyasına işarə edə bilər.
Hovuzdan çıxdıqdan sonra bir neç saat ərzində ortaya çıxan yüngül qızartı əksər hallarda göz səthinin kimyəvi maddələrdən təsirlənməsinə bağlı olaraq inkişaf edə bilər və qısa müddətdə öz-özünə keçə bilər.
Ancaq aşağıdakı əlamətlər yüngül qıcıqlanmadan fərqli bir duruma işarə edə bilər:
Şiddətli göz ağrısı
Güclü çapaqlanma
Görmədə bulanıqlıq
Göz qapağında aydın şişlik
Tək gözdə şiddətli qızartı
Şikayətlərin 24 saatdan uzun davam etməsi
Bu bulgular olduqda müvafiq sahədə mütəxəssis həkimə müraciət edilməsi müvafiq olar.
Hovuzdan sonra göz qızartısı adətən hovuz suyuna əlavə edilən xlorun tər, sidik və digər bədən ifrazatları ilə birləşməsi nəticəsində yaranan xloramin qazından, gözün təbii qoruyucu qatının pozulmasından və ya suyun pH-ının gözün pH-dından fərqli olmasından qaynaqlanır. Bu amillər göz səthində müvəqqəti qıcıqlanma, yanma və qızartıya səbəb ola bilər.
Xloramin Təsiri: Hovuz suyunu steril etmək üçün əlavə edilən sərbəst xlor; sudakı tər, sidik və digər bədən ifrazatları ilə birləşdikdə xloramin adlandırılan kimyəvi birləşmələrə çevrilir. Göz səthində güclü qıcıqlanma, qızartı və yanmaya səbəb olan əsas amil bu xloramin qazıdır.
Göz yaşı filminin pozulması: Xlor və digər dezinfektantlar, göz səthini qoruyan göz yaşı filminin balansına müvəqqəti təsir göstərə bilər. Bu hal gözlərdə quruluq, yanma və qıcıqlanma hissinə səbəb ola bilər və göz səthinin xarici amillərə qarşı daha həsas hala gəlməsinə yol aça bilər.
pH Disbalansı: İnsan gözünün təbii pH dəyəri orta hesabla 7,4 sëviyyəsindədir. Hovuz suyunun pH dərəcəsinin ideal aralıqdan (7,2 - 7,6) kənara çıxması kimyəvi konyunktivitə yol aça bilər.
Nəzarətsiz və ya kifayət qədər dezinfeksiya olunmamış hovuz suları mikroorqanizmlərin çoğalması üçün əlverişli mühitlərdir. Hovuzdan sonra ən çox görülən göz problemləri bunlardır:
Kimyəvi konyunktivit, hovuz suyundakı xlor və ya digər dezinfektantların göz səthini qıcıqlandırması nəticəsində yarana bilər. İnfeksiya olmadan inkişaf edən bu vəziyyətdə gözlərdə qızartı, yanma, batma və sulanma görülü bilər.
Əlamətlər çox vaxt qısa müddət ərzində azalsa da, güclü qıcıqlanma olduqda göz səthinin qiymətləndirilməsi lazım gələ bilər.
Qeyri-kafi xlorlama səbəbi ilə suda sağ qalan bakteriya və virusların yaratdığı, yoluxucu ola bilən bir göz iltihabıdır.
Bəzi şəxslərdə hovuz suyunda istifadə olunan kimyəvi maddələr və ya mühitdə olan polen kimi allergenlər gözlərdə allergik reaksiyanı tətikləyə bilər.
Bu halda;
Şiddətli qaşınma,
Sulanma,
Yüngül qızartı,
Gözlərdə dolğunluq hissi
kimi əlamətlər müşahidə oluna bilər.
Kornea, gözün ən xaricdə yerləşən şəffaf qatıdır. Korneanın infeksiya səbəbi ilə zədələnməsi keratit adlandırılır.
Keratit daha ağır gedişli ola bilər və aşağıdakı əlamətlər görünə bilər:
Şiddətli ağrı
Güclü sulanma
İşığa baxa bilməmə
Görmədə azalma
Xarici cisim hissi
Keratit müalicə edilmədikdə kornea toxumasında qalıcı zədələnməyə səbəb ola bilən bir göz xəstəliyidir. Erkən diaqnoz və müvafiq müalicə vacibdir.
Hovuz mənşəli göz infeksiyalarında əlamətlər infeksiyaya səbəb olan amildən asılı olaraq fərqlilik göstərə bilər. Bununla yanaşı, ən çox rast gəlinən əlamətlər bunlardır:
Göz ağında aydın pembe rəng dəyşməsi və ya güclü qızartı.
Güclü göz axıntısına bağlı olaraq xüsusilə səhərlər aydın çapaqlanma və göz qapaqlarını açmaqda çətinlik ola bilər.
Göz daxilində qum dənəsi varmış kimi hisslə birlikdə batma və narahatlıq ola bilər.
İşığa qarşı həddindən artıq həsasslıq (fotofobiya) və sulanma.
Göz qapaqlarında və göz ətrafı toxumalarda şişlik (ödem).
İrəliləmiş hallarda görmə keyfiyyətində azalma və bulanıq görmə.
Hovuza linza ilə girmək, mikroorqanizmlərin linza səthinə yapışaraq kornea ilə uzun müddətli təmasa səbəb olduğu üçün risklidir. Gigiyenik olmayan sularda olan bəzi mikroorqanizmlər nadir də olsa kornea infeksiyalarına səsbəb ola bilər. Buna görə hovuzda kontakt linza ilə girmə mütləq məsləhət görülmür.
Üzmə zamanı görmə dəstəyinə ehtiyac duyan şəxslər üçün nömrəli üzgüç eynəkləri və ya həkimin təklif etdiyi alternativ həllər qiymətləndirilə bilər.
Yay aylarında hovuz zövqünün ciddi sağlamlıq problemlərinə çevrilməsinin qarşısını almaq üçün yayda göz sağlamlığının qorunması baxımından aşağıdakı təkliflərə diqqət edilməlidir:
Qoruyucu Eynək İstifadəsi: Hovuz suyunun göz səthi ilə birbaşa təmasını kəsmək üçün tam sızdırmazlıq təmin edən bir üzgüç eynəyi taxıla bilər. Göz qüsuru olan şəxslər üçün isə xüsusi istehsal olunan nömrəli üzgüç eynəkləri mövcuddur.
Kontakt Linza İstifadəsi: Hovuza girməzdən əvvəl kontakt linzalar çıxarılmalıdır.
Təmiz Su ilə Yuma: Hovuzdan çıxdıqdan dərhal sonra göz ətrafı və üz kimyəvi qalıqları uzaqlaşdırmaq üçün təmiz su ilə yuyulmalıdır.
Suni Göz yaşı Dəstəyi: Göz səthindəki quruluq və qıcıqlanmanın azaldılması məqsədi ilə, sahə üzrə mütəxəssis həkimin mövsiyyəti doğrultusunda suni göz yaşı damcıları istifadə edilə bilər.
Gözləri Ovuşdurmaqdan Çəkinmək: Hovuzdan sonra yaranan qaşınma hissində gözləri əllə ovuşdurmaq, əllərdəki bakteriyaların gözə daşınmasına və kornedə mikro cızıqlar əmələ gələrək infeksiyanın dərin toxumalara yayılmasına səbəb ola bilər.
Hər bir göz infeksiyası yoluxucu deyil. Yoluxuculuq, infeksiyaya səbəb olan amildən asılı olaraq dəyişə bilər. Bəzi virus və bakterial konyunktivit növləri, infeksiyalı göz ifrazatı ilə təmas nəticəsində və ya ortaq istifadə olunan dəsmal, yastıq üzö və şəxsi bаxım məmulatları vasitəsi ilə başqalarına keçə bilər.
Xlorun yaratdığı göz qıcıqlanması və allergik konyunktivit isə yoluxucu deyil. Buna görə gözlərdə qızartı və ya sulanma yarandıqda, şikayətin səbəbinin müəyyən edilməsi vacibdir.
Uşaqlar yay aylarında hovuzda böyüklərə nisbətən daha uzun müddət vaxt keçirə və su ilə daha intensiv təmasda ola bilərlər. Gözlərini su altında açmaları, qoruyucu üzgüç eynəyi istifadə etməmələri və oyun zamanı əllərini tez-tez gözlərinə aparmaları, göz səthinin qıcıqlanmasına və ya infeksiya riskinin artmasına səbəb ola bilər.
Uşaqlarda hovuz mənşəli göz problemlərinin görülmə ehtimalını artıra biləcək bəzi halları bunlardır:
Su Altında Gözləri Açmaq
Hovuz suyu ilə uzun müddətli təmas göz səthindəki təbii göz yaşı qatının müvəqqəti olaraq pozulmasına səbəb ola bilər. Buna bağlı olaraq gözlərdə müvəqqəti qıcıqlanma inkişaf edə və qızartı, sulanma və ya batma kimi şikayətlər görünə bilər.
Qoruyucu Eynək İstifadə Etməmək
Üzgüç eynəyindən istifadə edilməməsi, gözlərin hovuz suyu ilə birbaşa təmasda olmasına səbəb olur. Qoruyucu eynək istifadəsi qıcıqlanma riskinin azaldılmasına kömək edə bilər.
Gözləri Ovuşdurmaq
Hovuzdan sonra gözlərdə qaşınma və ya yanma hissi yarandıqda uşaqlar refleks olaraq gözlərini ovuşdura bilərlər. Bu hal göz səthindəki qıcıqlanmanı artıra biləcəyi kimi, əllərdə olan mikroorqanizmlərin gözə daşınmasına da zəmin yarada bilər.
Uşaqların hovuzdan çıxdıqdan sonra gözlərini təmiz su ilə durulaması və ortaq dəsmal istifadə etməməsi mövsiyyət edilir. Gözlərdə uzun müddətli qızartı, çapaqlanma və ağrı yaranarsa, mütəxəssis həkimə müraciət etmək vacibdir.