Vitreus, göz almasının təxminən %80-ni təşkil edən, linza ilə retina arasında yerləşən şəffaf jel formalı quruluşdur. Bu özəl quruluş, linza ilə retina arasındakı boşluğu tamamilə dolduraraq işığın retinaya çatmasını təmin edir. Yaşın irəliləməsi ilə birlikdə bu quruluşda bəzı dəyəşikliklər baş verə bilər; baş verən dəyişikliklər uçan cisimlər, işıq çaxmaları və görmədə fərqliliklər kimi əlamətlərə səbəb ola bilər. Buna görə vitreusun quruluşu, vəzifələri və onunla əlaqəli xəstəliklərin bilinməsi göz sağlamlığının anlaşılması baxımından əhəmiyyət daşıyır.

Vitreus nədir? 

Vitreus, gözün linza ilə retina arasındakı boşluğunu dolduran şəffaf jel quruluşudur. Göz almasının formasını qorumağa kömək edir və işığın retinaya çatmasını dəstəkləyir.

Əsas vəzifəsi göz almasına struktural həcm və forma dəstəyi vermək, kənardan gələ biləcək fiziki zərbələrə qarşı retinanı qorumaq və işığın sınmadan retinaya ötürülməsinə kömək etməkdir.

Vitreus mayesi nədir?

Vitreus mayesi, gözün linza ilə retina arasındakı boşluğunu dolduran və xalq arasında göz daxili jeli kimi tanınan şəffaf quruluşu ifadə etmək üçün istifadə olunan bir termindir. Tibbi baxımdan vitreus tamamilə maye deyil; çox böyük hissəsi sudan ibarət olsa da, tərkibində kollagen liflər və hialuron turşusu saxlayan jel qatı quruluşa malikdir.

Vitreus jeli nə işə yarayır?

Vitreus jeli yalnız göz boşluğunu dolduran passiv bir quruluş deyil. Gözün normal funksiyalarını davam etdirə bilməsi üçün müxtəlif vəzifələr öz üzərinə götürür.

  • Göz formasını qoruyur

Vitreus, göz almasının həcmini dəstəkləyərək gözün anatomik quruluşunun qorunmasına kömək edə bilər.

  • Retina üçün dəstək təmin edir

Retina, görmə funksiyasının gerçəkləşdiyi hәssas sinir qatıdır. Vitreus, retinanın təbii vəziyyətində qalmasına töhfə verir.

  • Işığın keçidinə kömək edir

Şəffaf quruluşu sayəsində işığın retina səthinə çatmasına imkan yaradır.

  • Zərbələrə qarşı qoruyucu təsir göstərir

Vitreus, göz daxilindəki ani hərəkətlərin və kiçik travmaların təsirini azalda bilən tampon rolunu oynaya bilər.

Vitreus pozğunluğu nədir?

Vitreus pozğunluğu; vitreusun mayeləşdiyi, liflərində toplanma (kümələnmə) yarandığı və ya retinadan ayrıldığı vəziyyətlərin ümumi adıdır. Ən çox rastlanan əlamətləri “floater”lər (uçan cisimlər), fotopsiya (işıq çaxmaları) və görmə bulanıqlığıdır. Yaş, miopiya, diabetik retinopatiya və travma əsas risk faktorlarıdır.

Vitreus pozğunluqları yaşla əlaqəli olaraq inkişaf etsə də, yüksək miopiya, göz travmaları, diabetik retinopatiya və bəzi retina xəstəlikləri ilə əlaqəli formada da ortaya çıxa bilər.

Vitreus quruluşunda baş verən dəyişikliklər aşağıdakı vəziyyətlərlə əlaqələndirilə bilər:

  • Vitreus deqenerasiyası

  • Arxa vitreus ayrılması (arxa vitreus dekolmanı)

  • Vitreus opasitələri (uçan cisimlər)

  • Vitreus hemorajisi (vitreus qanaması)

Vitreus quruluşunda bəzi dəyişikliklər retina üzərində dartılmaya səbəb ola biləcəyi üçün, qəfil başlayan uçan cisimlər, işıq çaxmaları və görmədə aydın dəyişiklər retina ilə birlikdə qiymətləndirilməlidir.

Vitreus opasitələri nədir və qalıcıdırmı?

Vitreus opasitələri, gözün daxili hissəsini dolduran vitreus jelindəki liflərin kümələnməsi nəticəsində əmələ gələn və görüş sahəsində hərəkət edən nöqtələr, xətlər və ya hörümçək toruna bənzər görüntülər şəklində hiss edilən quruluşlardır. Opasitələr bəzi şəxslərdə uzun müddət davam etməyə meyilli ola bilər. Lakin zamanla insanın bunları qavrama səviyyəsi dəyişə bilər və bəzi hallarda daha az hiss edilən hala gələ bilər.

Vitreus pozğunluqları ilə əlaqəli göz xəstəlikləri hansılardır?

Vitreus quruluşunda meydana gələ bilən dəyişikliklər bəzi göz xəstəlikləri və görmə problemləri ilə əlaqəli ola bilər. Xüsusilə yaşa bağlı vitreus dəyişiklikləri və ya vitreus daxilindəki anormal əmələgəlmələr, retina və gözün digər quruluşları üzərində təsir göstərə bilər. 

Vitreus pozğunluqları ilə əlaqədar olaraq rast gələ biləcək vəziyyətlər bunlardır:

Vitreus deqenerasiyası

Vitreus, yaşın irəliləməsi ilə birlikdə struktural dəyişikliklərə məruz qala bilər. Bu prosesdə jel quruluşunda mayeləşmə və liflərdə kümələnmə görünə bilər. Vitreus deqenerasiyası adlandırılan bu vəziyyət xüsusilə irəliləmiş yaşlarda rast gəlinən təbii bir dəyişiklikdir və bəzi şəxslərdə uçan cisimlər şəklində hiss oluna bilər.

Vitreus opasitələri (uçan cisimlər)

Vitreus daxilindəki kollagen liflərinin bir yerə toplanaraq kölgələr yaratması nəticəsində ortaya çıxa bilər. Şəxslər görüş sahələrində hərəkət edən nöqtələr, xətlər və ya hörümçək toruna bənzər görüntülət fərq edə bilərlər.

Arxa vitreus ayrılması

Yaşla birlikdə vitreusun həcmi və quruluşunda baş verən dəyişikliklərin nəticəsində vitreus, retina səthindən ayrıla bilər. Arxa vitreus ayrılması adlandırılan bu vəziyyət, irəli yaşlarda rast gələ bilər və bəzi şəxslərdə işıq çaxmaları və uçan cisimlərlə əlaqəli ola bilər.

Vitreomakulyar traksiya

Bəzi hallarda vitreus retinadan ayrılarkən mərkəzi görmə nahiyəsi olan makula adlanan sahəyə dartılma təsiri göstərə bilər. Bu vəziyyət vitreomakulyar traksiya adlanır və mərkəzi görməyə təsir edə bilən dəyişikliklərə səbəb ola bilər.

Makula dəliyi

Makula nahiyəsində əmələ gələn tam qat toxuma itkisi makula dəliyi kimi tərif edilir. Vitreusun yaratdığı dartılma bəzi hallarda bu vəziyyətlə əlaqəli ola bilər.

Retina yırtığı və retina dekolmanı

Vitreusun retina üzərindəki dartılması bəzi şəxslərdə retina yırtığı ilə əlaqəli ola bilər. Retina yırtığının irəliləməsi halında retina dekolmanı inkişaf edə bilər. Buna görə qəfil başlayan işıq çaxmaları və uçan cisimlər diqqətlə qiymətləndirilməlidir.

Vitreus hemorajisi (vitreus qanaması)

Vitreus qanaması (vitreus hemorajisi), gözün daxili hissəsini dolduran vitreus jeli daxilində qanama əmələ gəlməsi ilə inkişaf edən bir vəziyyətdir. Diabetik retinopatiya, retina damar xəstəlikləri və ya retina yırtıqları kimi müxtəlif göz xəstəlikləri ilə əlaqədar olaraq ortaya çıxa bilər. Görmədə bulanıqlıq, qara kölgələr və ya ani görmə dəyişiklikləri görünə bilər.

Vitreus mayesinə nə yaxşı gələr?

Vitreus mayesini birbaşa yeniləyə bilən və ya yaşla əlaqəli dəyişiklikləri tamamilə geriyə çevirə bilən hər hansı bir qida, əlavə preparat və ya təbii metod yoxdur. Lakin balanslı qidalanma, kifayət qədər maye qəbulu və ümumi göz sağlamlığının qorunması göz toxumalarının normal funksiyalarını dəstəkləyə bilər.

Xüsusilə diabet, yüksək təzyiq və damar sağlamlığına təsir edən xəstəliklərin nəzarət altında saxlanması göz sağlamlığı baxımından əhəmiyyətlidir. Siqaret istifadəsi kimi göz toxumalarına mənfi təsir göstə bilən vərdişlərdən uzaq durmaq da ümumi göz sağlamlığının qorunmasına töhfə verə bilər.

Vitreusla əlaqəli uçan cisimlər, işıq çaxmaları və ya ani görmə dəyişiklikləri kimi əlamətlər ortaya çıxdıqda, altda yatan səbəbin qiymətləndirilməsi vacibdir.

Vitreus xəstəlikləri necə diaqnoz edilir?

Vitreus xəstəliklərinin qiymətləndirilməsində ilk olaraq əhatəli göz müayinəsi aparılır. Müayinə zamanı vitreusun quruluşu və retina ətraflı şəkildə yoxlana bilər. Zəruri hesab edilən hallarda göz dibi müayinəsi, optik koherens tomoqrafiya (OCT) və göz ultrasanoqrafiyası kimi görüntüləmə metodlarından istifadə edilə bilər. 

İstifadə olunacaq qiymətləndirmə metodları şəxsin şikayətlərinə və göz bulğularına görə dəyişə bilər.

Vitreus xəstəliklərinin müalicəsi necə aparılır?

Vitreus xəstəliklərində tətbiq oluna biləcək yanaşma; vitreus quruluşunda baş verən dəyişikliklərin türünə, şəxsin şikayətlərinə və yoldaşlıq edən retina xəstəliklərinin olmasına görə fərqlilik göstərə bilər. Bəzi hallarda yalnız izləmə kifayət edə biləcəyi halda, bəzi hallarda isə daha ətraflı qiymətləndirmə və müalicə planlaşdırılması lazım gələ bilər.

Vitreus xəstəliklərində tətbiq oluna biləcək metodlara aşağıdakılar daxil ola bilər:

  • Müntəzəm izləmə və göz müayinələri: Əlamət yaratmayan və ya yüngül gedişli bəzi vitreus dəyişiklikləri müəyyən aralıqlarla izlənilə bilər.

  • Altda yatan xəstəliyin idarə edilməsi: Diabetik retinopatiya və retina damar xəstəlikləri kimi vitreusa təsir edə bilən vəziyyətlərdə ilk növbədə altda yatan xəstəliyin qiymətləndirilməsi önəm daşıyır.

  • Lazer müalicələri: Bəzi retina yırtıqları və ya retina ilə əlaqəli problemlərdə uyğun görüldükdə lazer müalicələrindən faydalanıla bilər.

  • Cərrahi metodlar: Vitreus qanaması, retina dekolmanı və ya irəliləmiş dərəcəli vitreoretinal xəstəliklərdə vitrektomiya kimi cərrahi metodlar qiymətləndirilə bilər.

Tətbiq olunacaq yanaşma, şəxsin göz quruluşuna, mövcud bulğularına və səbəblərə görə dəyişə bilər.

Tez-tez verilən suallar

Gözdə vitreus nədir?

Göz üç əsas hissədən ibarətdir: ön seqment, linza və arxa seqment. Vitreus, gözün arxa seqmentində yerləşən və göz həcminin təxminən 80%-ni təşkil edən şəffaf jel quruluşudur. Vitreus çox böyük hissəsi sudan ibarət olmaqla yanaşı, tərkibində kollagen liflər və hialuron turşusu kimi struktural komponentlər daşıyır. Retinanın anatomik vəziyyətinin qorunmasına da töhfə verir.

Vitreus mayesi nəyə görə pozulur?

Vitreus quruluşu yaşla birlikdə dəyişə bilər və zamanla mayeləşmə görünə bilər. Bundan əlavə travmalar, bəzi göz xəstəlikləri və göz daxili qanamalar da vitreus quruluşuna təsir göstərə bilər.

Vitreus pozğunluğu qalıcı görmə itkisinə səbəb olurmu?

Vitreus pozğunluğu birbaşa qalıcı korluğa səbəb olmaya bilər. Lakin vitreus pozğunluğunun təsir edə biləcəyi retina yırtılması və retina dekolmanı kimi xəstəliklər zamanında müalicə edilməzsə görmə itkilərinə yol aça bilər. Buna görə qəfil yaranan işıq çaxmaları və uçan cisimciklərin sayında artım olduqda erkən diaqnoz önemlidir.

Vitreus xəstəliklərində vitrektomiya əməliyyatı nə zaman gərəkir? 

Vitrektomiya əməliyyatı; vitreus qanaması, retina dekolmanı, makula dəliyi və vitreusun retina üzərində dartılma yaratdığı bəzi xəstəliklərdə zəruri ola bilər. Əməliyyat qərarı, gözdəki bulğular və xəstəliyin xüsusiyyətləri qiymətləndirilərək verilə bilər.

Vitreus qanaması öz-özünə keçərmi?

Vitreus qanamalarının gedişi altda yatan səbəbə görə dəyişə bilər. Buna görə vitreus boşluğunda qanama şübhəsi yaradan əlamətlərin qiymətləndirilməsi əhəmiyyət daşıyır.

Vitreus opasitələri öz-özünə keçərmi?

Vitreus opasitələri bəzi şəxslərdə uzun müddət davam edə bilər. Lakin zamanla daha az müəyyən ola bilər və ya şəxs bu görüntülərə adaptasiya ola bilər.

Veb saytımızdakı məzmunlar yalnız məlumatlandırma məqsədilədir. Diaqnoz və müalicə üçün mütləq həkiminizə müraciət edin.
Yaradılma Tarixi : 01.06.2026
Yeniləmə Tarixi : 12.06.2026
Ünsiyyət : 0123104033
Əlaqə Forması Covid-19 Məlumatlandırma