Haqqımızda
Haqqımızda
Göz sağlamlığı sahəsində qabaqcıl texnologiyanı izləyən və tətbiq edən bir səhiyyə müəssisəsi olan Batıgöz Sağlamlıq Qrupu, mütəxəssis həkim heyəti və peşəkar komandası ilə yerli və beynəlxalq mərkəzlərində xəstə yönümlü xidmət təqdim etmə prinsipini mənimsəmişdir. 

2004-cü ildə İzmirdə qurulan Batıgöz Sağlamlıq Qrupu, göz sağlamlığı sahəsində keyfiyyətli xidmət anlayışı ilə böyüməyə davam edir. Yeni nəsil texnoloji cihazları, mütəxəssis həkimləri və təcrübəli heyəti ilə İzmir (2004), İstanbul (2015) və Manisada (2016) xidmətlərini davam etdirir. Rumıniya (2010), Ukrayna (2017) və Hollandiyadakı (2018) filialları ilə beynəlxalq aləmdə yüksək keyfiyyətli xidmət anlayışını və uğurunu sübut etdi.


Batıgöz, göz xəstəliklərinin diaqnozu və müalicəsi sahəsindəki müvəffəqiyyətinə əsaslanaraq, 2017-ci ilin sonunda göz xəstəlikləri də daxil olmaqla 18 fərqli şöbəni özündə birləşdirən Balçova Cərrahi Tibb Mərkəzini istifadəyə verdi.

Batıgöz Sağlamlıq Qrupu, tibb dünyasındakı yeni müalicə metodlarını və texnoloji inkişafları yaxından izləyir və tərkibindəki bütün mərkəzlər buna sürətlə uyğunlaşır. Qabaqcıl texnoloji diaqnoz və müalicə cihazları ilə sağlamlıq xidmətləri göstərən Batıgöz, mütəxəssis həkimləri və təcrübəli səhiyyə işçiləri ilə daima xəstələrin məmnuniyyətinə diqqət yetirir. Batıgözün bütün mərkəzlərində, xəstələrin müayinə edildiyi andan xəstəxanadan çıxana qədər ən keyfiyyətli xidmət alması üçün hər şey düşünülmüşdür.

Batıgöz Sağlamlıq Qrupu, beynəlxalq xəstələrə professional sağlamlıq xidmətləri təqdim edir. 2004-cü ildə qurulduğu gündən bəri, Batıgöz, inkişaf etmiş texnologiyası və xəstə yönümlü yanaşması ilə əcnəbi xəstələr tərəfindən ən çox seçilən qurum halına gəldi. Batıgöz Sağlamlıq Qrupu, Türkiyədaxili 6 və xaricdə 5 mərkəz olmaqla mütəxəssis həkimləri və peşəkar qrupu ilə hər gün minlərlə insana xidmət göstərməyə davam edir.

Daxili və xarici bazarlara yatırımlarını davam etdirən Batıgöz Sağlamlıq Qrupu, digər sağlamlıq sahələrində böyüməyi hədəfləyir.
Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
İletişim Formu Covid-19 Önlemleri Canlı Destek